"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Linkoln" yoxlama oyunu keçirib.
Qol.az xəbər verir ki, Cəbəllütariq təmsilçisi doğma meydanda - "Viktoria Stadium"da İspaniyanın aşağı liqa klublarından "Almunesar Siti" ilə qarşılaşıb və 5:0 hesabı ilə qalib gəlib. Komandanın qollarını Maney, Marko Roşa, Xuanfri, Kike və Li Çipolina vurublar.
Qeyd edək ki, "Linkoln" bundan əvvəl yoxlama görüşündə İraq millisinə 1:2 hesabı ilə uduzmuşdu.
Xatırladaq ki, ÇL-də birinci mərhələnin oyunları 11/12 iyul və 18/19 iyulda olacaq. "Qarabağ" "Linkoln"la ilk görüşünü səfərdə, cavab oyununu evdə keçirəcək.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi