"Roma"nın baş məşqçisi Joze Mourinyo 4 oyunluq cəza aldıqdan sonra UEFA-nın Məsləhət Şurasını tərk edib.
Qol.az goal.com-a istinadən xəbər verir ki, bu haqda mütəxəssis özü bildirib.
Mourinyo Avropa Liqasının finalından sonra hakim Entoni Teyloru təhqir etdiyinə görə 4 avrokubok oyununa diskvalifikasiya olunub.
Bundan sonra portuqaliyalı mütəxəssis apreldə yaradılmış Məsləhət Şurasından çıxması barədə UEFA-ya məlumat verib. Məşqçi şuranın rəhbəri Zvonimir Bobana məktub yazıb.
“Hörmətli cənab Boban, məni UEFA Futbol Şurasına üzv olmağa dəvət etdiyiniz üçün sizə təşəkkür etməklə yanaşı, təəssüflə bildirirəm ki, bu qrupdakı üzvlükdən imtina edirəm. Şuraya daxil olanda çox inandığım şərtlər artıq yoxdur və mən bu qərarı vermək məcburiyyətində qaldım.
Sizdən ciddi şəkildə xahiş edirəm ki, mənim qərarım barədə Prezident Aleksander Çeferinə də məlumat verəsiniz. Hörmətlə, Joze Mourinyo" - deyə baş məşqçi yazıb.
Poqba sıradan çıxdı
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın müdafiəçisi "Liverpul"da - Rəsmi
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır
"Kəpəz" onu geri qaytardı
"Fasilə bizə çox yaxşı təsir etdi" - "Orhus"un baş məşqçisi
"Mənim heç vaxt istirahətə ehtiyacım yoxdur"
“Qəbələ” braziliyalı müdafiəçi transfer etdi