Alleqri "Yuventus"dan gedir

Alleqri "Yuventus"dan gedir
XƏBƏR 23 İyun 2023 / 09:31 1509
-  A +

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri klubu tərk edir.

Qol.az xəbər verir ki, bu barəd İtaliya mətbuatı məlumat yayıb. Turin klubu tezliklə yeni məşqçi axtarışına başlayacaq.

55 yaşlı mütəxəssisin "Yuventus"la müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. Lakin klubla Alleqrinin yolları ayrılacaq.

Qeyd edək ki, Turin təmsilçisi ötən mövsüm A seriyasını  62 xalla 7-ci yerdə başa vurub. Komanda Konfrans Liqasında çıxış edəcək. Çempionat zamanı "Yuventus"un 10 xal maliyyə fırıldaqçılığı səbəbindən silinib. 

Massimiliano Alleqri bundan əvvəl “Milan”, “Kalyari”, “Sassuolo”, “Udineze” və digər İtaliya klublarına rəhbərlik edib.


Son xəbərlər
topaz banner