Klopp Almaniya millisini çalışdıracaq?

Klopp Almaniya millisini çalışdıracaq?
XƏBƏR 22 İyun 2023 / 21:46 2560
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Kloppun meneceri Mark Kosiçk mütəxəssisin Almaniya millisini çalışdıracağı barədə yayılan məlumatlara münasibət bildirib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, bu məlumatları təkzib edib: 

“Yurgenin “Liverpul”la uzunmüddətli müqaviləsi var. Almaniya millisinin də öz baş məşqçisi var. Ümumiyyətlə, bütün bunlar bizi maraqlandırmır".

Klopp 8 ilə yaxındır (2015-ci ildən) “Liverpul”u çalışdırır. Almaniyalı mütəxəssisin rəhbərliyi altında "mersisaydlılar" bütün mümkün klub turnirlərini qazanıblar. 56 yaşlı mütəxəssisin "Liverpul"la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.


Son xəbərlər
topaz banner