UEFA-dan Rusiyanı ümidləndirən açıqlama

UEFA-dan Rusiyanı ümidləndirən açıqlama
XƏBƏR 22 İyun 2023 / 12:38 3201
-  A +

UEFA prezidentinin milli assosiasiyalar üzrə müşaviri Yozef Klement  Rusiya klubları və milli komandalarının tezliklə beynəlxalq arenaya qayıdacağına ümid edir.

Qol.az "Championat"a istinadən xəbər verir ki, o deyib: “İndi bizi çox ciddi sınaq gözləyir, lakin UEFA futbolun qalib gələcəyinə əmindir. İnanırıq ki, təkcə rəsmilər arasında deyil, futbol meydançasında da yenidən görüşəcəyik. Ümid edirəm ki, tezliklə Rusiya milli komandaları və klubları yenidən beynəlxalq arenada oynaya biləcəklər. UEFA heç vaxt Rusiya Futbol Federasiyası ilə əməkdaşlığını kəsməyib. Futbol körpülər qurmalıdır".

Xatırladaq ki, 2022-ci ilin fevralından Rusiya klubları və milli komandası FİFA və UEFA-nın himayəsi altında keçirilən turnirlərdə iştirakdan məhrum edilib.


Son xəbərlər
topaz banner