UEFA Mourinyoya ağır cəza verdi

UEFA Mourinyoya ağır cəza verdi
XƏBƏR 22 İyun 2023 / 01:08 3698
-  A +

"Roma"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının finalında "Sevilya" ilə oyunda hakimləri təhqir etdiyinə görə cəzalandırılıb.

Qol.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 60 yaşlı portuqaliyalı mütəxəssis növbəti avrokubok mövsümü üçün 4 oyunluq cəzalandırılıb. Yəni, "Roma" 2023/24 mövsümündə qrup mərhələsinin matçlarının yarıdan çoxunu Mourinyo olmadan keçirəcək. 

Xatırladaq ki, “Roma” və “Sevilya” arasında Avropa Liqasının 2022/2023-cü il mövsümünün final görüşü mayın 31-də Budapeştdə (Macarıstan) keçirilib. Matç İspaniya təmsilçisinin qələbəsi ilə başa çatıb (1:1, penaltilər seriyası - 4:1). Oyunu Entoni Teylorun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Hakim "Roma"nın futbolçularına 7 sarı vərəqə göstərib. Matçdan sonra Teylorun işindən narazı qalan Mourinyo stadionun dayanacağında hakimi təhqir edib.


Son xəbərlər
topaz banner