"Sabah"ın daha bir komandası çempion oldu

"Sabah"ın daha bir komandası çempion oldu
XƏBƏR 21 İyun 2023 / 19:03 1578
-  A +

U-16 Liqasında 30-cu turun oyunları keçirilib. 

Qol.az xəbər verir ki, “Sabah”ın U-16 komandası səfərdə “Səbail”lə qarşılaşıb. “ASCO Arena”da keçirilən oyunda 4:1 hesabıyla qalib gələn İlqar Mənsimovun baş məşqçisi olduğu komanda vaxtından öncə çempionluğunu təmin edib. Matçda "Sabah"ın qollarına Emin Feyzullayev, Babamirzə Mehdiyev, Əhməd Tarverdiyev və Ramin Əvəzov imza atıblar.

Qeyd edək ki, bu mövsümdə U-16-dan başqa Bakı təmsilçisinin U-13 və U-17 komandaları çempion, U-14 komandası isə ikinci olub.


Son xəbərlər
topaz banner