"Qarabağ"ın rəqibi İraq millisinə uduzdu

"Qarabağ"ın rəqibi İraq millisinə uduzdu
XƏBƏR 21 İyun 2023 / 10:51 2285
-  A +

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Linkoln" yoxlama oyunu keçirib.

Qol.az xəbər verir ki, Cəbəllütariq klubu İspaniya toplanışında İraq millisi ilə qarşılaşıb. Oyun İraq millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ÇL-də birinci mərhələnin oyunları 11/12 iyul və 18/19 iyulda olacaq. "Qarabağ" "Linkoln"la ilk görüşü səfərdə, cavab oyununu evdə keçirəcək.


Son xəbərlər
topaz banner