“Əlbəttə, aparıcı futbolçuların gedişi bizə çətinlik yaradacaq. Amma yenə də ümid edirik ki, gedənlərin yerlərini doldura biləcəyik”.
Qol.az saytına açıqlamasında bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev mövsüm başa çatdıqdan sonra aparıcı futbolçuların klubu tərk etməsi barədə danışarkən deyib.
Mütəxəssis bildirib ki, bir neçə futbolçu ilə maraqlansalar da, hələlik razılıq əldə etmək mümkün olmayıb: “Baxdığımız, danışıqlar apardığımız oyunçular var. Lakin real olaraq heç biri ilə razılıq əldə edə bilməmişik. Mən də çox istərdim ki, heyəti mümkün qədər tez komplektləşdirək”.
Baxşıyev son mövsümü “Sabah”da keçirən qapıçı Nicat Mehbalıyevin komandaya mümkün qayıdışına da toxunub: “Bildiyiniz kimi, Nicat Mehbalıyev 2021/22 mövsümünü icarə əsasında “Qəbələ”də keçirib, demək olar ki, komandamızın əsas qapıçısı idi. Lakin sonradan müqavilə ilə məxsus olduğu “Sabah”a qayıtdı. Səlahət Ağayevin gedişindən sonra onu yenidən “Qəbələ”də görmək istəyirik. Lakin klubu ilə müqaviləsi olduğundan hazırda danışıqlar prosesində müəyyən çətinlik yaranıb”.
“Bu gedişat “Qəbələ”nin büdcəsinin artırılmadığını deməyə əsas verirmi” sualını Baxşıyev belə cavablandırıb: “Gözləyirik. Görək, necə olur”.
Mareska özü seçim edəcək
Asiya Çempionlar Liqasının yarımfinalına yüksəldilər
"Biz bir oyun planına bağlı deyilik" - Xabi Alonso
Nuriyev oynadı, komandası məğlub oldu
PSJ "Mançester Yunayted"lə heç-heçəyə razılaşdı
"Tottenhem"dən gedir
"Neftçi" 1-ci liqa klubu ilə qarşılaşdı
"Onlarda məsuliyyət hissi çatışmır"
Millini yenidən çalışdıra bilər
Messinin doğma klubu atasının xatirəsini yad etdi
"Şəmkir"də yeni təyinat
Salah gələr-gəlməz "Trabzonspor"da rekord
"Çelsi" "Milan"a böyük hesabla qalib gəldi
"Yuventus" "İnter"lə bacarmadı
Millinin futbolçusu sıradan çıxdı
"Fənərbaxça" Lukaku ilə razılığa gəldi
Ferran Torres PSJ-də
Bruno Gimaraeş rəsmən "Arsenal"da
Lionel Messiyə ağır itki üz verdi