U-19 yığmamız Belarusla heç-heçə etdi

U-19 yığmamız Belarusla heç-heçə etdi
XƏBƏR 20 İyun 2023 / 20:25 958
-  A +

Qəbələdə təlim-məşq toplanışına yekun vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində son oyununu keçirib.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, Belarusun müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 1:1 hesabı ilə nəticələnib. Millimizin qolunu 41-ci dəqiqədə penaltidən Sadiq Şəfiyev vurub.

Qeyd edək ki, U-19 hazırlıq çərçivəsində keçirdiyi ilk oyunda gürcüstanlı yaşıdlarını 2:1 hesabı ilə məğlub edib.


Son xəbərlər
topaz banner