"Beşiktaş" və "Fənərbaxça"nın sabiq futbolçusu Avstraliya klubunda

"Beşiktaş" və "Fənərbaxça"nın sabiq futbolçusu Avstraliya klubunda
XƏBƏR 15 İyun 2023 / 15:51 1580
-  A +

"Fənərbaxça"nın və "Beşiktaş"ın sabiq futbolçusu Tolgay Arslanın yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi İtaliya "Udineze"sindən Avstraliya "Melburn Siti"sinə keçib. Bu barədə klubun saytı məlumat yayıb. Türk əsilli almaniyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Arslan 2015-2018-ci illərdə "Beşiktaş"ın, 2019-2020-ci illərdə isə "Fənərbaxça"nın formasını geyinib. O, əvvəlcə Türkiyənin U-19 (2009), U-20 (2010) yığmalarında oynasa da, daha sonra Almaniyanın U-20 (2011) və U-21 (2012-2013) millilərində çıxış edib. 


Son xəbərlər
topaz banner