"Yuventus" Avropa Superliqası ideyasından geri çəkilib.
Qol.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisi nəzərdə tutulan turniri yaratmağa çalışan digər iki klub - "Real" və "Barselona"nı bu barədə məlumatlandırıb.
"Yuventus"un Superliqadan çıxmaq üçün hüquqi prosedurlara başladığı bildirilir. Layihədən çəkilmə prosesi bir neçə həftə vaxt aparacaq. Klubun bu barədə qəti qərar verdiyi qeyd edilib.
Xatırladaq ki, 2021-ci ilin aprelində 12 top klub Avropa Superliqasının yaradıldığını elan edib. Bunlar "Mançester Siti", "Arsenal", "Mançester Yunayted", "Liverpul", "Tottenhem", "Çelsi", "Barselona", "Real", "Atletiko", "İnter", "Milan" və "Yuventus" olub. Nəzərəd tutulan layihə birmənalı qarşılanmayıb. UEFA isə bu klublara qarşı sərt addımların atılacağını açıqlayıb. Bundan sonra əksər klublar layihədən çəkildiklərini elan ediblər və yalnız üç iştirakçı Superliqada qalıb - "Barselona", "Real" və "Yuventus".
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı