"İnsan hansısa uğurlara nail olanda, uzun illər işini yaxşı görəndə daha sadə olur. Mən Qurban Qurbanovu nəzərdə tuturam".
Qol.az xəbər verir ki, bu sözləri İctimai TV-də yayımlanan "Bol İdman" verilişinə müsahibəsində "Sabah"ın baş məşqçisi Murad Musayev deyib. O, "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovla münasibətindən də danışıb. Rusiyalı mütəxəssis Qurbanovun sadə bir insan olduğunu deyib:
"Elə məşqçilər var ki, az uğur qazanıblar, amma artıq uğurdan başları hərlənir. Mən buraya yeni gələndə Qurban Qurbanov "Qarabağ"la oyundan sonra mənə yaxınlaşdı, səmimi söhbətimiz oldu. Mənim "Krasnodar"dakı işimi görmüşdü. "Qarabağ"la hər oyundan əvvəl uzun müddət danışırıq. Bəzən o, mənə zəng vura bilər. "Qarabağ" çempionluğu rəsmiləşdirdikdən sonra Qurban Qurbanova zəng vurdum, onu təbrik etdim".
M.Musayev bildirib ki, futbola baxışı Qurban Qurbanovla təxminən eynidir: "Oynatdığı futbol mənə yaxındır. Onun gördüyü işi çox bəyənirəm. Mən "Krasnodar"da işləyəndə bu üsluba yaxın çıxış edirdik. "Sabah" da çalışır ki, belə çıxış etsin. Amma bir az fərqlidir. Ümumi götürsək, Qurban Qurbanovla futbol baxışımız çox oxşardır. Məndən mətbuat konfransında soruşulanda ki, "Qalatasaray"la oyun üçün "Qarabağ"a futbolçu verməyə hazırsınız, mən bu suala cavab verməyə hazır deyildim. Amma bildirdim ki, bəli, kömək etməyə hazırıq. Lakin başa düşürdüm ki, bu, riskdir. Futbolçumuz zədə ala bilər. Rəhbərliyimizlə müzakirəmizdə də bildirdim ki, "Qarabağ" bizdə hansı futbolçunu istəsə, verək. Qurban Qurbanov bunu biləndən sonra mənə zəng vuraraq təşəkkür etdi. Dedi ki, "Zirə"dən Keyta, Geryeni dəvət ediblər. Mən də öz növbəmdə qeyd etdim ki, problem yoxdur, əgər belə bir kömək lazım olarsa, biz hazırıq. Təkcə Qurbanla yox, digər məşqçilərlə də yaxşı münasibətlərimiz var. Burada məni çox isti qarşıladılar. Qarşılıqlı hörmətimiz var. Bəzən elə olur ki, başqa ölkədən gələn mütəxəssisi yaxşı qəbul etmirlər. Amma Azərbaycanda belə halla rastlaşmadım və bu, mənim üçün çox xoşdur".
Ferran Torres PSJ-də
Kurtua qayıdır
Toy, toy, toydur bu gün…
Sabiq "Arsenal"lı"Kristal Pelas"da
Bennaser "Milan"dan ayrıldı
Zidanın oğlu ilə müqaviləyə xitam verildi
"Mançester Yunayted" 18 yaşlı futbolçu aldı
"Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Rusiya “Çernomorets”in stadionunu raketlə vurdu - Video
"Real"ın futbolçusu "Fiorentina"ya keçdi - Rəsmi
"Barselona"nın ilk rəsmi təklifi rədd edildi
"Borussiya"nın futbolçusu A seriyası klubunda
“Bizim xarakterimizdə təslim olmaq yoxdur” - Musa Qurbanlı
Albaniya da İnfantinoya dəstəyini geri götürdü
“Zirə” Namik Ələskərovla yolları ayırdı
"Milan"ın üçüncü forması - Şəkillər
"Tottenhem"də yeni müqavilə
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
Qazaxıstan millisində yeni baş məşqçi
Türkiyə millisinin üzvü La Liqa klubunda
"Yuventus"un yeni dizaynlı formaları - Şəkillər
Albaniya klubuna keçən Kamil "Liverpul"da oynamaq istəyir
“Qarabağ”a vurduğu qoldan danışdı
Özbəkistan millisində xəyanət
Azər Məmmədov: "Gəncə stadionunu tam dolduracağıq"
“Seltik”in baş məşqçisi xəstəxanaya yerləşdirildi
Rodri “Real”a yox, “Barselona”ya keçir
"Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
Murad Məmmədov Avroliqanın oyununda meydana çıxdı