Ramil Şeydayev "Qarabağ"ı tərk edəcəyi dəqiqləşib.
Qol.az-ın əldə etdiyi xəbərə görə, Ağdam klubu hücumçusuna yeni müqavilə təklif etsə də, o, bundan imtina edib. Beləliklə, futbolçu müqaviləsi başa çatdıqdan sonra - 2023-cü ilin iyunun 30-da Ağdam komandasından rəsmən ayrılacaq və azad agent kimi istədiyi klubla müqavilə bağlayacaq.
Son vaxtlar Şeydayevin İsrail də daxil olmaqla bir neçə xarici ölkə təmsilçisindən təklif aldığı bildirilirdi. Amma onun qeyri-adi seçimi çoxlarını təəccübləndirib. Yayılan xəbərlərə görə, Şeydayev karyerasını Tailandın "Buriram Yunayted" klubunda davam etdirəcək. Hələlik bununla bağlı nə futbolçunun özü, nə də klublar səviyyəsində rəsmi məlumat verilib. "Qarabağ" klubundan Qol.az-a yalnız o bildirilib ki, Şeydayev klubla müqaviləsi başa çatana qədər komandaya məxsus olacaq. Lakin Qol.az-a məlum olub ki, o, artıq Tailand təmsilçisi ilə 3 illik olmaqla ilkin müqavilə imzalayıb. Onun mövsümə 750 min avro qazanacağı da iddia olunur.

Şeydayevin bu seçimində məhz maddi amilin əsas rol oynadığını söyləmək üçün kifayət qədər əsaslar var. Birincisi, Tailand futbol baxımından önəmli rola malik deyil. Hazırda bu ölkənin milli komandası FİFA reytinqində 114-cü yeri tutur. "Buriram Yunayted"ə gəlincə, o, ölkəsinin ən güclü komandalarından sayılır. Klub 9 dəfə Tailand çempionu olub və növbəti mövsüm ölkəsini Asiya Çempionlar Kuboku yarışında təmsil edəcək. Amma bu turnir heç bir halda UEFA-nın nəinki Çempionlar Liqası, heç Avropa Liqası və Konfrans Liqası turnirləri ilə də müqayisə oluna bilməz. Nə oyunların yüksək səviyyəsi, nə də maddi anlamda. "Buriram Yunayted"in Ramilə bu qədər pul ödəməsi isə onun Çempionlar Liqasında daha uğurlu çıxış etmək hədəflərindən xəbər verir. Yeri gəlmişkən, hazırda klubda 6 legioner var. Tailand mətbuatının yazdığına görə, Şeydayevin klubda Konqo millisinin hücumçusu Conatan Bolingini əvəz edəcəyi gözlənilir. 28 yaşlı bu futbolçu ilə müqavilə mayın sonu başa çatır.
"Buriram Yunayted"in təmsil etdiyi Buriram şəhəri
27 yaşlı Ramilin Avropanın ortabab futbol ölkələrini deyil, Tailandı seçməsi isə onu deməyə əsas verir ki, futbolçu hazırda peşəkar karyerasından daha çox, maddiyyata önəm verib. Millimizin üzvü Rusiya, Slovakiya liqalarında da çıxış edib. İndi isə onun üçün Asiyanın ekzotik ölkəsində - Tailanda yeni bir macəra başlanacağı gözlənilir.
Bu seçimin Ramilə maddi olaraq pul qazandıracağı qətidir. Amma bunun ona karyerasına ziyan vurub-vurmayacağını isə zaman göstərəcək.
ELNUR
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi