"Qarabağ" Misli Premyer Liqasının 34-cü turunda səfərdə "Səbail"i məğlub edərək (3:0) çempionluğunu rəsmiləşdirib.
Qol.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Bu il çox əziyyət çəkdilər. Həm avrokuboklarda, həm çempionatda oynadıq. Sıx qrafik var idi. Amma şükürlər olsun ki, hər şey düşündüyümüz kimi alındı. Bəzən zədəlilər, gedənlər oldu. Buna baxmayaraq tempi qoruyub-saxlaya bildik. Futbolçularım bu çempionluğa layiq idi. Azarkeşlərimizin sevinci, bizimlə olması qüvvət verir. Onlara təşəkkür edirəm. Hələ qarşıda iki oyunumuz var.
- Bu çempionluğun əvvəlkilərdən hansı fərqləri var?
- Hər çempionluq sanki daha vacib olur. Çünki tələblər çoxalır. Hər dəfə çempion olduqda yenə səndən çempionluq gözləyirlər, rəqiblər daha ciddi hazırlaşırlar. Bu il bunun şahidi olduq. Nə qədər çətin oyunlarımız var idi. "Səbail" də bu gün çox yaxşı hazırlaşmışdı. Futbolçular elə səviyyəyə gəlib çıxır ki, heç bir rəqib digərindən çəkinmir. Sonuncu çempionluq daha vacib və şirin olur. Görünən odur ki, daha çox əziyyət çəkməliyik. Hansısa titulu əldə etdikdə sanki rahat nəfəs almağı düşünürük. Amma belə deyil. Əksinə, bizim rahat olmağa, futbol haqda düşünməməyə vaxtımız yoxdur. Azarkeşlər, sizlər, rəhbərlik tələblər edir. Çempionluq bitdi, qarşıdakı turnirə hazırlaşmalıyıq. İlboyu işin içindəyik. Hər çempionluq daha vacib və dəyərli olur.
- Azərbaycanda 10-cu çempionluğa imza atmaqla daha bir ilk etdiniz....
- Bəli, 10-cu çempionluqdur. Hər bir çempionluq istənilən klubu daha da böyüdür. 10-cu çempionluq və iki böyük ulduz, klubun tarixinə düşür. Çox sevinirəm ki, mənim dönəmimdə oldu. Buna uğurumuzun bir hissəsi kimi baxırıq.
- Növbəti iki turda daha az şans qazananlar oynayacaq?
- Çox ciddi hazırlaşacağıq. Rotasiyalar olacaq, bu, qaçılmazdır. Mövsümboyu çox yorulan futbolçularımız var. Ola bilər ki, onlara başqa proqram tutaq. Bunu məşqçilərlə müzakirə edəcəyik. Əvəzedici heyətdən futbolçu götürməyə gəldikdə, belə fikrimiz yoxdur. Çünki, bizdə az oynayanlar yetərincə çoxdur. Onlara şans verməyi düşünəcəyik. Futbolçularımın hər birinə güvənirəm. Abdullah Zubir, Bədavi Hüseynov zədələnmişdi, bu gün yox idilər. Digər yorulan futbolçularımız da var. Ümumi, düzgün plan cızacağıq.
- 10 çempionluğun 9-u sizinlə bağlıdır. Deyəsən, Aleks Ferqyussondan geri qalırsız. Onun uğurunu təkrarlamaq istəyərsiz?
- Sırf onun uğurunu deməzdim. Daha çox çempionluq qazanmaq istəyərdim. İmkan varsa, daha çox çempion olmaq istəyərdik. Nə qədər buradayıq, futboldayıq, hər turnirdə maksimumu verməyə çalışacağıq. Çox istəyərdik ki, daha irəli gedək.
- Sevimli və uğurlu rəqəminiz 13-dür. Bu gün də 13 nömrəli futbolçu qol vurdu....
- Həm də ayın 13-dür (gülür). Rəqəmlərdə, belə şeylərdə uğur axtarmıram. Sadəcə istər-istəməz insanın marağını cəlb edir. Xırda elementə maraq daha çox olur. Ayın 13-də doğulmuşam, ona görə ona meyilliyəm. Amma bu, hər şey demək deyil. Ayın 13-ü olmayanda, 13 nömrəli futbolçu qol vurmayanda da çempionluq əldə etmişik. Nömrəyə görə yox, Bəhlula görə sevinirəm. Hər oyunda qol epizodları yaranırdı. Ola bilər ki, daha çox inamı çoxalar.
- Diakabi və Benzia avrokuboklar başlayana qədər tam hazır vəziyyətə gələcək?
- Bizim düşüncələrimizlə bu gün hər ikisi optimal formada olmalıydılar. Əfsuslar olsun ki, düşüncələrimiz düzgün olmadı. Sadəcə futbolda bəzən düşünmədiyin nəticələr, transferlər olur. Kimə daha çox güvənirsən, bəzən daha çox zədələnir. Abbas Hüseynov komandada fiziki cəhətlərinə görə üstünlərdəndir. Amma qış hazırlığında bəsit epizodda zədələndi. Buna görə sizə cavab verməyə ehtiyat edəcəm. Get-gedə zədələri geridə qoyacaqlar. Benziada hansısa problem olacağını düşünmürəm. Normal durumdaydı, əzələ problemi oldu. Diakabidə zədə sümük nahiyyəsindədir deyə, uzun çəkə bilər. Hər bir halda, hazırlıq dönəmində komanda ilə məşqlərə başlayacaqlar.
- Sona iki tur qalıb. Siyahıda kimlərin gedəcəyi və gələcəyi bəllidir?
- Gedəcəklər haqda tam düşünməmişəm. Həmişə futbolçularımı qoruyub-saxlamaq istəmişəm. Qarşılıqlı razılıq əldə olunmayanda, ayrılırıq. Gələcəklərlə danışıqlar gedir. Bəzən 100 faiz alınası futbolçu alınmır. Danışıq aparırıq. İndidən sonra daha ciddi danışacağıq. Çox istəyərdim ki, kollektiv tam qalsın və bir neçə nəfər də əlavə edilsin.
- Şenol Güneş "Qarabağ"ın uğurlarından danışdı və sizinlə ünsiyyətdə olduğunu dedi. Sizi Türkiyədə yetərincə tanıyırlar. Xaricə getməyi düşünürsüz?
- Əfsuslar olsun ki, "Sabah"- "Beşiktaş" oyununda iştirak edə bilmədim. Halbuki çox istəyərdim. İlk 15-17 dəqiqəyə baxdım. Çox maraqlı oyun gedirdi, gözəl atmosfer var idi. Şenol Günəşlə görüşməyi çox istəyərdim. Münasibətlərimiz çox yaxşıdır. "Səbail"lə oyunumuz bizim üçün çox vacib idi. Bugünkü performansa və belə oyun göstərdiyinə görə "Sabah"ın rəhbərliyinə təşəkkür edirəm. Belə oyunlar futbolun sevilməsinə gətirib çıxarır. Xaricə getməyə gəldikdə, hazırda buradayam. Həyatın işini bilmək olmaz. Bu komandaya çox sadiqəm. Çox istəyirəm ki, "Qarbaağ"ın uğurları daha bol olsun. Hazırda belə düşüncəm yoxdur. Gələcəkdə olsa, xəbəriniz olacaq.
- Bu mövsüm bir klubun Premyer Liqanı tərk etməsi gözlənilir. Sizcə, kimsə tərk etməlidir, yoxsa komanda sayı artırılmalıdır?
- Bu suala cavab vermək bəsitdir. Özümdən heç nə deməyəcəm. Reqlamentə görə, biri getməli, digəri gəlməlidir. Hansısa fikir bildirməyə ehtiyac yoxdur. Dəfələrlə demişəm, bunlar oturduğumuz yerdə fikir bildirəcəyimiz məsələlər deyil, müzakirə olunası suallardır. Fikir bildirməyimə ehtiyac yoxdur. Nəsə desəm, həyata keçiriləcək, keçirilməyəcək. Əgər reqlamentə uyğun addım atılacaqsa, cavab bəllidir. (Sportal.az)
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı