Bu yaxınlarda AFFA və Peşəkar Futbol Liqasının nümayəndələri Zaqatalaya səfər edib. Onlar yeni mövsümdən Premyer Liqada çıxış etmək istəyən “Zaqatala”nın şəraiti və problemləri ilə tanış olublar.
Bu barədə Qol.az-a açıqlama verən klub prezidenti Musa Qurbanov “Zaqatala”nın yeni mövsümdən yüksək liqada oynayacağına əvvəlki illərdən daha çox inandığını deyib: “Sənədləşmədən razı qalıblar. Dedilər ki, struktur normaldır, gördüklərimizi AFFA-ya təqdim edəcəyik. Qərar verən onlardır. Əvvəlki illərə nisbətən biz bu il daha ciddi yanaşmışıq. Sənədləri tam hazırlamışıq. Bu il federasiyanın açıqlamaları daha ümidverici oldu. Bizdə inam bundan yaranıb. Ən əsası isə mən klublardan birinin Premyer Liqanı tərk edəcəyinə inanmıram. Daha çox yeni mövsümdən Premyer Liqada 12 komandanın olacağını düşünürəm. Məndə buna inam çoxdur. Düzdür, idman prinsipləri da var, amma hazırlıqlı, infrastrukturu daha yaxşı olan komandanın Premyer Liqadan kənarlaşdırılmasına, yerinə hazırlıqsız komandanın gətirilməsi inandırıcı deyil. Yəqin ki, bunu tək mən belə düşünmürəm, siz də, digərləri də belə başa düşür. Amma hələ heç nə bilmirik. Hər şey AFFA-dan asılıdır”.
Son tura qədər “Zaqatala” birinci divizionda ardıcıl 6 qələbə qazanaraq 3-cü pilləyə yüksəlib. Klub prezidenti futbolçuların da Premyer Liqa həvəsində olduğunu, qələbələrdə həm də bu istəyin rol oynadığını bildirib: “Bəli, sözün düzü, komandamız da buna çox inanır. Həm də mövsümün əvvəlində bizdə zədəlilər həddindən artıq çox idi, indi-indi sıraya qoşulurlar. Əslində bizim komanda yaxşı qurulmuşdu. Sadəcə, bu süni meydan məsələsi bizdə də problemlər yaratdı”.
M.Qurbanov qeyd edib ki, komanda yeni mövsümdən nəzərdə tutulduğu kimi, 300 min manat büdcə ilə birinci divizionda oynamalı olsa, klubu tərk edəcək: “Əgər növbəti mövsümdə birinci divizionda çıxış etsək və bu yarışda iştirak edən klublara 300 min manat pul ayrılsa, mənim adım “Zaqatala”nın üzərindən götürüləcək. Yəni bu klubun prezidenti olmayacağam. Çünki belə davam edə bilməz. Mən futbolçulara, orada çalışan işçilərə başa sala bilmərəm ki, bu büdcə ilə oynayacağıq. Məndən çox şey gözləyirlər, uşaq futbolu qalır belə...Minimum 500 min manat ayrılmalıdır. Əslində bu məbləğ də çox azdır. Heç olmasa 800 min pul ayrılmalıdır ki, normal çıxış edək. Şərait yaratmaq, uşaq futbolunun da inkişafını istəyiriksə, 300-500 minlə heç nə etmək olmaz”.
Ramiq Ağaməmmədov
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır