“Oyunun ağır keçəcəyini əvvəldən bilirdik. Qarşılaşmadan öncə də bunu futbolçulara da söyləmişdim. 90 dəqiqə də gözləntilərimizi təsdiqlədi”.
Qol.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 32-ci turunda “Sumqayıt”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Mütəxəssis qeyd edib ki, bu cür matçların taleyini 1 qol həll edir: “Komanda mübarizə apardı. Qol vurmaq üçün şanslarımız oldu. Lakin dəyərləndirə bilmədik. Bu fəsildə, saat 4-də oynamaq çətindir. Qəbələdə hava bir qədər boğucu olur. Hiss olunur ki, komanda tam gücünü meydanda qoya bilmir. Buna baxmayarq, yaxşı oynadıq. Bu cür oyunların taleyini 1 qol həll edir. Bu gün də həmin qolu rəqib vurdu. Elə oldu ki, “Sumqayıt” real olaraq 1 dəfə qapımıza yaxınlaşdı, onda da fərqlənməyi bacardı. Təəssüf ki, Gəncədən gələn azarkeşləri sevindirə bilmədik. Uğurlu seriyamız qırıldı. Amma unutmaq olmaz ki, “Kəpəz” yeni formalaşmış komandadır. Məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək çətindir. Bu gün xoşbəxtlik “Sumqayıt” tərəfdə idi”.
T.Əhmədov növbəti turlarda Qəbələdəki oyunların daha gec saatda başlamalı olduğunu bildirib: “Qəbələdəki oyunlar 18:00-a təyin edilsə, daha yaxşı olar. Çünki günorta isti olur. Bilirik ki, Qəbələ dəniz səviyyəsindən hündürdədir, oksigen çatışmazlığı var, oynamaq çətindir”.
Mütəxəssis komandasının Premyer Liqada qalacağına inanır: “Qorxacağımız bir şey yoxdu. Məqsəd Premyer Liqada qalmaqdır. Bunun üçün 1 qələbə də bəs edər. Sumqayıtda biz qalib gəlmişdik, bu gün 3 xalı onlar qazandılar. Elə hesab edək ki, səfərdə rəqib udub, bu gün isə biz”.
O, matçın baş hakimindən də söz açıb: “Tural Qurbanov 5, ya 6-cı dəfədir bizim oyunumuza təyinat alır. Gəncədəki “Sumqayıt”la oyunumuzu da o idarə etmişdi. Olmayan cəriməni vermişdi, eləcə də əleyhimizə xırda folları. Bu gün də həmin ssenari idi. Bu hakimdən razı qala bilmərəm. Sarı verilmir, tez-tez fit səsləndirir, tempi öldürür. Çox danışmayacağam. Amma bu hakimin olduğu oyunlarda məğlub oluruq”.
T.Əhmədov komandasının aparıcı üzvü Şuaybunun ehtiyatda qalmasına da aydınlıq gətirib: “Srağagün Şuaybu məşqdə zədələndi, sona qədər hazırlıq keçə bilmədi. Bu gün də tam hazır deyil. Ona görə risk etməmək qərarına gəldim. Əvəzində Sisseyə şans verdik. Onun çox yaxşı keyfiyyətləri var. Amma hiss olunur ki, hələ komandaya tam uyğunlaşmayıb”.
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır