“Bugünkü oyunda bizə xal və ya xallar lazım idi. Heç cür uduzmamalı idik”.
Qol.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 32-ci turunda “Kəpəz”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, komandasının qələbəsini belə şərh edib: “Futbolçularda gərginlik var idi. Matçdan öncə onlara bildirmişdik ki, bu gün meydanda mübarizə olacaq, bacardığımız qədər mübarizələrdən qalib çıxmalıyıq. Kim bir qol vursa, o da oyunu udacaqdı. Elə alındı ki, həmin qolu biz qol vurduq. Gözəl də qol alındı. Vüsal İsgəndərli daha əvvəl də fərqlənə bilərdi. Yorğun halda evə qayıdırıq. Qəbələdə oynamaq çətindir. Buna baxmayaraq, yaxşı mübarizə apardıq”.
Abasov qələbəyə baxmayaraq, hələlik turnir cədvəlində 6-cı yeri tutmaq barədə düşünmədiklərini bildirib: “Düzdür, hazırda 6-cı yerdən cəmi 2 xal geri qalırıq. Amma indidən yer barədə düşünmürük. Sabahdan bütün diqqətimizi "Səbail"lə qarşıdakı növbəti oyuna yönəldəcəyik. Təbii ki, 6-cı yeri tutmağımız xoş olar. Amma əsas olan çempionatdakı yerimizi qorumaqdır”.
“Sumqayıt”ın çalışdırıcısı komandasının çətinliklərdən çıxmağı bacardığını vurğulayıb: “Qışdan sonra ən yaxşı bacardığımız iş çətin vəziyyətlərdən çıxmaqdır. "Sabah" və "Neftçi"dən 10 qol buraxdıqdan sonra "Şamaxı" ilə heç-heçə etdik, "Turan Tovuz"u udduq. Bu, bir komanda üçün çox önəmlidir. Stabil çıxış etməsək də, ayaqdayıq. Mənim üçün ən xoş olan şey çətin vəziyyətlərdən çıxa bilməkdir. Bu vəziyyətdən futbolçular özləri çıxır. Məşqçi işi 1 faizdir. Ötən tur "Qəbələ"yə son dəqiqə qolu ilə məğlub olduğumuza görə futbolçular çox məyus olmuşdular. Bu baxımdan çətin idi. Amma yaxşı oynayıb uduzmuşduq. Bu, müsbət məqam idi. Futbolçulara dedik ki, "Kəpəz"ə qarşı da belə oynasaq, qələbə qazana bilərik”.
Abasov komandasının iddialı rəqiblərlə bacarmaması haqda sualı belə cavablandırıb: “Qışdan sonra pis oynamırıq. Amma iddialı kollektivlərlə matçlarda keyfiyyət baxımından əziyyət çəkirik. Bunlar da yavaş-yavaş düzələcək. O rəqiblərlə hələ ki, bacara bilmirik”.
Sonda Samir Abasov Vüsal İsgəndərlinin hər qoldan sonra rəqib azarkeşlərlə polemikaya girməsinə də toxunub: “Bu, çox pis şeydir. Hər bir halda futbolçu özünə nəzarət etməlidir. Əslində bunu deyəcək adam mən deyiləm. Mən özüm də aqressivəm. Vüsal "Qəbələ" ilə oyunda qol vura bilmədiyinə görə paltardəyişmə otağında ağlayırdı. Azarkeşlərə qarşı davranışlarını danışıb, yoluna qoyacağıq”.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu