"Hesabdan razı deyiləm. İlk hissədə komandamız taktiki gözləntilərimizi yaxşı həyata keçirdi. Birinci hissədə 3-4 qol fürsətimiz oldu. Xorvatiyalı futbolçulara təzyiq göstərdik və rəqibi 7-8 ciddi səhvə məcbur etdik".
Qol.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Stefan Kuntz Avro-2024-ün seçmə mərhələsinin 2-ci turunda evdə Xorvatiyaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Həmçinin oxuyun: Kuntz onun "Qarabağ"a qarşı oynamasına təəccüblənib
"Rəqiblə aramızdakı ən böyük fərq topla oyadığımız ilk təmasdır. Stanişiç ilk təmasda topu çox fərqli şəkildə oyuna daxil edir. Biz bunda geri qalırıq. Bu məsələdə özümüzü inkişaf etdirməliyik" - deyə o bildirib.
Mütəxəssis daha sonra vurğulayıb: "Bu müddətdə gənc futbolçulara belə çətin rəqibə qarşı matçda vaxt vermək vacib idi. Önəmli olan odur ki, gənc futbolçular oynayanda qazandıqları təcrübəni məşqdə və ya onlara dediklərimizlə əldə edə bilməzlər. Onlar bunu meydanda öyrənməlidirlər. Oyundan sonra bu çətin vəziyyətdən dərs çıxarmağa çalışacağıq. 8 addımımız var. 2 matçımızı oynamışıq. Qarşıdakı görüşlərə ən yaxşı formada hazırlaşıb oynamaq istəyirik".
S.Kuntz oyunda əvəzlənən Hakan Çalhanoğlunun durumu haqda söyləyib: "Hakanın qasığında problem var. Tibbi müayinədn keçdikdən sonra son durumu dəqiqləşəcək".
O, Uelsin bu qrupda əsas rəqiblərindən biri olduğunu deyib: "Onlara qalib gəlməliyik ki, istəyimizə çataq. Hər matçdan sonra oyunçularla qısa görüşmə edib vidalaşarıq. Xorvatiya ilə oyunun ardınca da danışıqlarımız oldu".
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə