Bu gün Misli Premyer Liqasında 23-cü tura yekun vurulub.
Qol.az xəbər verir ki, son oyun günündə iki oyun keçirilib. "Sabah" öz meydanında "Turan Tovuz"la qarşılaşıb. Görüşdə sürpriz nəticə qeydə alınıb. "Turan Tovuz" 2:0 hesablı qələbə qazanıb. Bu, "Sabah"ın mövsümdə 2-ci məğlubiyyətidir. Komandanın 16 oyunluq məğlubiyyətsizlik seriyasına da son qoyulub. "Sabah" sonuncu dəfə 6-cı turda "Qarabağ"a uduzmuşdu - 3:4.
Turun son matçında "Qarabağ" səfərdə "Zirə" ilə üz-üzə gəlib. "Qarabağ" "Zirə"nin kapitanı Qismət Alıyevin avtoqolu ilə minimal hesablı qələbə qazanıb.
Bu oyunlardan sonra lider "Qarabağ"la 2-ci yerdəki "Sabah" arasındakı xal fərqi 8-ə çatıb.
19 fevral (bazar)
19:00. “Zirə” – “Qarabağ” - 0:1
Qol: Qismət Alıyev, 87-avtoqol (0:1)
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu
16:30. “Sabah” - “Turan Tovuz” - 0:2
Qollar: Natan Oduva, 11, Ayxan Quseynov, 62
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Cəmil Quliyev, Nicat İsmayıllı
“Bank Respublika Arena”
18 fevral (şənbə)
17:30. “Neftçi” – “Səbail” - 3:0
15:00. “Qəbələ” – “Sumqayıt” - 2:1
17 fevral (cümə)
“Kəpəz” – “Şamaxı” - 3:2
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 23 | 19 | 4 | 0 | 57-13 | 61 |
| 2 | Sabah | 23 | 16 | 5 | 2 | 50-16 | 53 |
| 3 | Neftçi | 23 | 15 | 3 | 5 | 41-21 | 48 |
| 4 | Zirə | 23 | 9 | 5 | 9 | 25-31 | 32 |
| 5 | Qəbələ | 23 | 8 | 7 | 8 | 26-26 | 31 |
| 6 | Turan Tovuz | 23 | 7 | 5 | 11 | 19-27 | 26 |
| 7 | Sumqayıt | 23 | 4 | 6 | 13 | 15-38 | 18 |
| 8 | Kəpəz | 23 | 3 | 8 | 12 | 22-43 | 17 |
| 9 | Şamaxı | 23 | 3 | 7 | 13 | 19-37 | 16 |
| 10 | Səbail | 23 | 4 | 4 | 15 | 17-39 | 16 |
Bombardirlər:
Musa Qurbanlı ("Qarabağ") - 16 qol
Ramil Şeydayev ("Qarabağ") - 15 qol
Coy Lens Mikels ("Sabah") - 12 qol
Emin Mahmudov ("Neftçi") - 11 qol
Aleksey Kaşuk ("Sabah") - 9 qol
Runi Eva ("Turan Tovuz") - 9 qol
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi