"Şamaxı" məşqlərinə Bakıda davam etməsinin səbəbi ilə bağlı bəyanat yayıb.
Qol.az xəbər verir ki, bəyanatda bildirilir:
"Cari mövsümün əvvəlindən klub rəhbərliyi yeni bir strategiya müəyyən edərək yalnız gənc və təcrübəli yerli futbolçulara etimad göstərib, onları Azərbaycan futboluna qazandırmaq üçün çalışır. Bəzi futbol mütəxəssisləri bu strategiya ilə uğur qazanmağın çətin olacağını təxmin etsələr də, çempionatın II dövrəsində komandanın oyunu və nəticələri futbol ictimaiyyətini kifayət qədər təəccübləndirməyi bacardı. Qış fasiləsindən sonra da klubumuz öz strategiyasını davam etdirir, komandamıza gənc və perspektivli 6 yerli futbolçu cəlb olunub. Hal-hazırda bu transferlərin komandaya uyğunlaşması və oyun üslubunu mənimsəməsi üçün müəyyən bir vaxt lazımdır.
Son bir neçə həftədə Şamaxıda davam edən kəskin soyuq və qarlı hava şəraiti ilə əlaqədar komandamız hazırlıqlarını Bakıda davam etdirir. Bu da Şamaxıdakı bazamızda həkim nəzarəti ilə həyata keçirilən qidalanma və tibbi prosedurların, həmçinin əhatəli və kompleks məşq proqramının tam icra olunmasına mane olur.
Buna baxmayaraq məşqçilər və inzibati heyətimiz mövsümün əvvəlində qarşıya qoyulan plan üzrə işlərini davam etdirir. Yaxın günlərdə komandamız hər bir şəraiti olan bazamıza qayıdaraq əvvəlki qaydada hazırlıqlarına davam edəcək.
Həm rəhbərlik, həm də məşqçilər heyəti tək məqsəd üçün çalışır, komanda daxilində gözəl ailə ab-havası və yüksək əhval-ruhiyyə var. Bu əzmlə davam edən çalışmaların ardından nəticələrin daha da yaxşı olacağına əminik.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu