Bundesliqa klubunda baş məşqçi istefası

Bundesliqa klubunda baş məşqçi istefası
XƏBƏR 6 Fevral 2023 / 16:20 1171
-  A +

"Hoffenhaym" baş məşqçisi Andre Braytenrayterlə yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bundesliqa təmsilçisinin belə qərar verməsinə komandanın uğursuz nəticələri səbəb olub. Hazırda Bundesliqada 14-cü yerdə qərarlaşan "Hoffenhaym" 19 oyunda 19 xal toplayıb.

Qeyd edək ki, Braytenrayter 2020-ci ilin yayından “Hoffenhaym”ı çalışdırırdı.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner