Buskets zədələndi

Buskets zədələndi
XƏBƏR 6 Fevral 2023 / 15:30 1035
-  A +

"Barselona"nın kapitanı Serji Buskets zədələnib.

Qol.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ötən gecə La Liqanın 20-ci turuna "Sevilya" ilə matçın (3:0) 8-ci dəqiqəsində sıradan çıxıb. O, oyuna davam edə bilməyib və əvəzlənib. Buskets təxminən 2-3 həftə yaşıl meydanlardan uzaqda qalacaq. Futbolçunun Avropa Liqasının pley-offunda "Mançester Yunayted"lə matçları da buraxacağı gözlənilir.

Qeyd edək ki, “Barselona” və “Mançester Yunayted” arasında ilk oyun fevralın 16-da keçiriləcək. Cavab oyunu fevralın 23-də olacaq.

Əlavə edək ki, Buskets bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 27 oyunda 1 qolun ötürməsini verib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner