"Kəpəz"dən ayrılan futbolçu bu kluba keçdi

"Kəpəz"dən ayrılan futbolçu bu kluba keçdi
XƏBƏR 6 Fevral 2023 / 13:20 2676
-  A +

Bir neçə gün əvvəl "Kəpəz"dən ayrılan Mixeil Erqemlidzenin yeni müəyyənləşib.

Qol.az xəbər verir ki, gürcüstanlı hücumçu karyerasını Şimalı Makedoniya "Akademiya Pandev"ində davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mixeil Erqemlidze "Kəpəz"ə mövsümün əvvəlində keçmişdi. O, Gəncə təmsilçisinin heyətində Premyer Liqada 14 matçda 2 qol vurub.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner