Dağıntılar altında qalanlar arasında futbolçu da var

Dağıntılar altında qalanlar arasında futbolçu da var
XƏBƏR 6 Fevral 2023 / 12:33 2337
-  A +

Qardaş Türkiyədə bu səhərə yaxın baş verən güclü zəlzələnin dağıntıları altında qalanlar arasında 1-ci liqa təmsilçisi "Yeni Malatyaspor"un qaıçısı Ahmet Eyüp Türkaslan da var.

Qol.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Ötən  ilin noyabr ayında ailə quran Ahmetin həyat yoldaşı dağıntılar altından çıxarılıb. 28 yaşlı futbolçunun xilasolunması üçün də işlərin getdiyi bildirilib.

Xatırladaq ki, bu səhər Türkiyənin bir neçə şəhərində bir neçə şəhərində 7,4 bal gücündə zəlzələ baş verib. Bu saata olan rəsmi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 284-ə, yaralıların sayı 2323 nəfərə çatıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner