"Əl-Nəsr" Ronaldonu belə təbrik etdi - Şəkil

"Əl-Nəsr" Ronaldonu belə təbrik etdi - Şəkil
XƏBƏR 6 Fevral 2023 / 10:44 2122
-  A +

"Əl-Nəsr" futbolçusu Kriştiano Ronaldonu 38 yaşının tamam olması münasibəti ilə təbrik edib.

Qol.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi bu haqda öz sosial şəbəkə hesablarında paylaşıb. Paylaşımda qeyd olunub: "Təbrik edirik! Ad günün mübarək, tarixin ən yaxşısı".

Qeyd edək ki, Ronaldo 2022-ci ilin noyabrında "Mançester Yunayted"dən ayrılıb və dekabrın 31-də azad agent kimi "Əl-Nəsr" ilə müqavilə imzalayıb. Portuqaliyalı hücumçu yeni klubunda 3 oyunda 1 qol vurub.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner