Nazim Süleymanova Rusiya klubunda yeni vəzifə verildi

Nazim Süleymanova Rusiya klubunda yeni vəzifə verildi
XƏBƏR 3 Fevral 2023 / 22:52 4993
-  A +

Nazim Süleymanov Rusiya "Ximki"sinin əvəzedici komandasının baş məşqçisi təyin olunub.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. N.Süleymanov bundan əvvəl "Ximki"nin U-19 komandasının baş məşqçisi idi. O, ötən ilin sentyabrından həmin vəzifədə işləyirdi.

Xatırladaq ki, milli komandamızın sabiq kapitanı olan N.Süleymanov Azərbaycanda müxtəlif vaxtlarda “Xəzər Lənkəran”, AZAL, “Neftçi”, “Sumqayıt” və U-19 yığmasının baş məşqçisi olub.


Son xəbərlər