Dani Alveşdən 5 milyon avro tələb edirlər

Dani Alveşdən 5 milyon avro tələb edirlər
XƏBƏR 2 Fevral 2023 / 14:39 2648
-  A +

Təcavüz ittihamlarına görə həbs olunan Dani Alveşin sabiq klubu "Pumas" (Meksika) futbolçudan təzminat tələb edir.

Qol.az xəbər verir ki, bu barədə UOL məlumat yayıb. 

39 yaşlı müdafiəçi gecə klubunda bir qıza təcavüz etməkdə günahlandırılıb. Buna görə də o, həbs olunub. Alveşin saxlanılmasından dərhal sonra "Pumas" futbolçu ilə müqaviləni ləğv edib.

Klub hazırda oyunçudan müqavilənin pozulmasına görə 5 milyon dollar təzminat tələb edir. 

Qeyd edək ki, D.Alveş 2022-ci ildən "Pumas"da oynayırdı. O, 2006-cı ildən Braziliya millisinin üzvü olub.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner