"Qarabağ" 300-ə çatdı

"Qarabağ" 300-ə çatdı
XƏBƏR 2 Fevral 2023 / 11:48 1794
-  A +

Misli Premyer Liqasının 20-ci turunda iki futbolçu “Qarabağ”da debüt edib. 

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, bununla da Ağdam klubunun heyətində Azərbaycan çempionatında oynamış futbolçuların sayı “300”ü keçib.

“Şamaxı” ilə ev görüşünədək (3:1) 299 oyunçu “Qarabağ”ın heyətində meydana çıxmışdı. “Azersun Arena”dakı qarşılaşmada debüt edən Adama Diakabi və Redon Cica bu rəqəmi 301-ə çatdırıb. Hər iki legioner eyni vaxtda əvəzetmədən oyuna daxil olub.

Qeyd edək ki, “Qarabağ” ölkə çempionatında formasını geyinənlərin sayında 300-ü keçən 4-cü komandadır. Bunadək yalnız “Neftçi”, “Kəpəz” və “Şamaxı”da bu rəqəm daha yüksəkdir.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner