"Kvabena Ovusunu "Qarabağ"la oyunda bəyənmişdik"

"Kvabena Ovusunu "Qarabağ"la oyunda bəyənmişdik"
XƏBƏR 2 Fevral 2023 / 09:57 3257
-  A +

“Ferensvaroş”un idman direktoru Tamaş Haynal  “Qarabağ”dan transfer etdikləri Kvabena Ovusu haqda danışıb.

Qol.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, o,  25 yaşlı hücumçunu bu mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Ağdam təmsilçisinə qarşı oyunda  bəyəndiklərini söyləyib:
 
“Myenti Abenanı hələ Slovakiyada olmazdan əvvəl, Ovusu Kvabenanı isə Çempionlar Liqasının təsnifat mərhələsində “Qarabağ”la oyunumuzda görüb bəyənmişik. Keyfiyyətli əcnəbi oyunçu ilə müqavilə imzalamaq asan deyil. Çünki avrokuboklardakı uğurlu nəticələrə baxmayaraq, ölkə çempionatındakı çıxışımız onları qane etmir”.
 
Qeyd edək ki, Ovusu 2020-ci ildən "Qarabağ"da çıxış edirdi. Ağdam klubu bu mövsüm Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Ferensvaroş"la qarşılaşıb (1:1, 1:3). Ovusu Bakıda heç-heçə bitən görüşdə "Qarabağ"ın yeganə qolunun müəllifi olub. Futbolçu dünən "Ferensvaroş"da debüt matçında qol vurub.

Həmçinin oxuyun: Ovusu "Ferensvaroş"da debüt matçında qol vurdu

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner