"Gent" futbolçusunu Fransa klubuna satdı

"Gent" futbolçusunu Fransa klubuna satdı
XƏBƏR 1 Fevral 2023 / 15:20 1722
-  A +

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" (Belçika) futbolçusu İbrahim Salahı satıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu "Renn"ə (Fransa) keçib. Liqa 1 təmsilçisi Mərakeşin U-23 yığmasının üzvü ilə 2027-ci ilin 30 iyununadək müqavilə imzalayıb.

Qeyd edək ki, Salah 2022-ci ildən "Gent"də oynayırdı. O, bu mövsüm ümumilikdə 23 matçda 6 qol vurub və 1 qolun ötürməsini verib.

Xatırladaq ki, “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 23-də Gentdə keçiriləcək.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner