"Qarabağ"ın rəqibi hücumçu transfer etdi

"Qarabağ"ın rəqibi hücumçu transfer etdi
XƏBƏR 1 Fevral 2023 / 13:02 2651
-  A +

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" heyətini yeni oyunçu ilə gücləndirib.

Qol.az Belçika klubunun rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı hücumçu Emmanuel Orban heyətə cəlb olunub.

Onunla bağlanan müqavilənin müddəti açıqlanmayıb. Transfermarkt portalı 21 yaşlı forvardın dəyərini 3.5 milyon avro qiymətləndirib.

Qeyd edək ki, Emmanuel Orban son olaraq çıxış etdiyi Norveçin "Stabek" kluubnda ötən mövsüm 24 oyunda 19 qol vurub.

“Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 23-də Gentdə keçiriləcək.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner