"Mançester Yunayted" "Bavariya"nın futbolçusunu transfer etdi

"Mançester Yunayted" "Bavariya"nın futbolçusunu transfer etdi
XƏBƏR 1 Fevral 2023 / 11:40 2393
-  A +

“Mançester Yunayted” heyətinə yeni futbolçu qatıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Bavariya"dan Avstriya yığmasının üzvü Marsel Zabitseri icarəyə götürüb. 28 yaşlı yarımmüdafiəçi ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Zabitser "Bavariya"ya 2021-ci ilin avqust ayında “Leyptsiq”dən 15 milyon avroya keçib. O, Münhen təmsilçisinin heyətində 54 oyunda 2 qol vurub.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner