Lunyovun "Qarabağ"a transferi alınmadı - Direktordan açıqlama

Lunyovun "Qarabağ"a transferi alınmadı - Direktordan açıqlama
XƏBƏR 30 Yanvar 2023 / 21:16 5518
-  A +

"Qarabağ"ın direktoru Emrah Çelikel klubun "Bayer"in (Leverkuzen) rusiyalı qapıçısı Andrey Lunyovun Ağdam təmsilçisinə keçidi ilə bağlı razılığa gələ bilmədiklərini söyləyib.

Qol.az xəbər verir ki, bu barədə o, championat.com-a açıqlamasında deyib: “Təəssüf ki, Andrey Lunyovun transferi ilə bağlı “Bayer”lə razılaşa bilmədik. Danışıqlar başa çatıb”.

Daha əvvəl futbolçunun agenti "Qarabağ"la yanaşı, qolkiperin karyerasını Türkiyədə və İngiltərə Çempionşipində davam etdirmək variantının olduğunu bildirmişdi.
 


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner