Millimizin üzvü 90 dəqiqə oynadı

Millimizin üzvü 90 dəqiqə oynadı
XƏBƏR 30 Yanvar 2023 / 09:50 1689
-  A +

 Polşa çempionatında 18-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) səfərdə “Lexiya” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Visla” 18 turdan sonra 28 xalla 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner