"Mənə elə gəlir ki, həyatdan zövq alan və xoşbəxt biriyəm. Bu xoşbəxtliyi yaxın insanlara çatdırmağa, çox zarafat etməyə, hər kəsə çoxlu sevinc bəxş etməyə çalışıram. Yalnız oyun zamanı daha ciddiləşirəm və əlindən gələni etməyə çalışıram, bütün gücümü ortaya qoyuram".
Qol.az xəbər verir ki, bu sözləri qış fasiləsində "Qarabağ"dan "Krasnodar"a transfer olunan Kadi Borqes Rusiya klubunun "Youtube" kanalına müsahibəsində deyib.
O, niyə futbolçu olmağa qərar verdiyi ilə bağlı sualı belə cavablandırıb: "Dörd yaşımdan topla oynayıram, ona görə də, düzünü desəm, başqa seçimim olduğunu düşünmürəm. Başqa şeylərə imkan yox idi, ilk illərdən həmişə topla oynayırdım. Bunun sayəsində məndə futbola maraq yarandı. Bu, başlanğıc nöqtəsi oldu. Mən isə heç vaxt başqa yolla getmək istəmirdim, həmişə top oynamaq istəyirdim. Harada olsam da, həmişə yaxınlıqda bir top olurdu. Mən ancaq futbolçu olmağı düşünmüşəm".
Braziliyalı yarımmüdafiəçi ailəsi haqda da danışıb: "Mənim iki qardaşım var. Mən ailənin ən kiçiyiyəm. Ortancıl qardaş oynamağa çalışdı, amma peşəkar futbol onun üçün deyildi. O, başqa sahələrə də maraq göstərib və bu gün hüquqşünasdır. Heç bir oyunu buraxmırlar. Qardaşım isə əsas tamaşaçıdır. Matçları müzakirə edirik, amma mənim ailəm futboldan o qədər də məlumatlı deyil, qardaşımdan başqa, təbii ki. Ona görə də bu barədə az danışılır. Qol vuranda, yaxşı oynayanda mənim üçün sevinirlər".
Kadi "Krasnodar"a keçidi ilə əlaqədar söyləyib: "Qarabağ"da olanda ruslarla oynamışam. Onlar klub, struktur, heyət və prezident haqqında çox yüksək danışırdılar. Onda da bu keçidə şübhəm yox idi. Mənə klub haqqında təfərrüatları deyəndə, Krasnodarın şəhər üçün böyüklüyü və əhəmiyyəti ilə bağlı hər şeyi başa düşdüm. Rusiyalı uşaqlar mənə dedilər ki, şəhər sakitdir, rahatdır, yaxşı yaşamaq üçün hər cür şərait var".
Futbolçu bədənindəki döymələrlə bağlı deyib: "Bu döymələr dinə aiddir. Mən katolikəm, İlk döyməmi atam, anam, qardaşlarım, nənəmə həsr etmişəm. Burada qeyri-adi heç nə yoxdur. 27 rəqəmi birinci qızımın ad günüdür".
K.Borqes "Krasnodar" azarkeşlərinə mesaj da göndərib: " Bütün azarkeşlərə salamlayıram. Meydanda əsl döyüşçü, əsl idmançı olacağıma əmin ola bilərsiniz. Ümid edirəm ki, bu mövsüm və ondan sonrakı mövsüm bütün gözləntilərinizi qarşılaya biləcəyəm. Dəstək üçün təşəkkür edirik! Hər oyunu səbirsizliklə gözləyirəm. Biz birlikdəyik!".
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi
Xames Rodriqez milli ilə vidalaşdı
Arda Güler yenə səhnədədir! - Video
Simeone: “Qızıl top” Messiyə verilməlidir”
"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə
Messiyə milli komandadan son dəvət
"Lans" baş məşqçisi ilə yolları ayırdı
“Qarabağ”ın legioneri ilk dəfə milliyə çağırıldı
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi