“Qaziantep” (Türkiyə) baş məşqçisi Erol Bulutu istefaya göndərib.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 47 yaşlı mütəxəssislə yollar komandanın Superliqanın cari mövsümündəki uğursuz çıxışlarına görə ayrılıb. “Qaziantep” son 9 matçında qələbə qazana bilməyib. Komanda bu mövsüm keçirdiyi 19 oyuna cəmi 19 xal toplayıb və turnir cədvəlində 13-cüdür.
Qeyd edək ki, Erol Bulut 2021-ci ilin mayından “Qaziantep”i çalışdırırdı. Komanda onun baş məşqçiliyi altında ümumilikdə 65 matçda 21 qələbə qazanıb, 19 heç-heçə edib və 25 dəfə məğlub olub. Bulut karyerası ərzində "Malatyaspor" (2017-2019), "Alanyaspor" (2019-2020), "Fənərbaxça" (2020-2021) kimi komandalara baş məşqçilik edib.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər