"Neftçi" Saldanya ilə müqavilənin müddətini açıqladı

"Neftçi" Saldanya ilə müqavilənin müddətini açıqladı
XƏBƏR 26 Yanvar 2023 / 17:31 4527
-  A +

"Neftçi"nin yeni transferi Mateus Saldanya ilə imzaladığı müqavilənin detalları məlum olub.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yaponiyanın “JEF Yunayted Çiba” klubundan icarəyə götürülən futbolçu ilə 1 illik sözləşməyə qol çəkilib. 23 yaşlı forvard komandada 9 nömrəli formanı geyinəcək.

Saldanya bunadək Braziliya “Bahia”sı (2020-2022) və icarə əsasında Çin “Çendu Sinçen”ində (2022) çıxış edib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl müdafiəçi Höccət Haqverdini və yarımmüdafiəçi Kilan Lebonu transfer edib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner