Xavi onu təriflədi: "Öldürücüdür"

Xavi onu təriflədi: "Öldürücüdür"
XƏBƏR 26 Yanvar 2023 / 17:27 3978
-  A +

"Barselona"nın baş məşqçisi Xavi futbolçusu Usman Dembele barədə danışıb.

Qol.az xəbər verir ki, o, 25 yaşlı yarımmüdafiəçini tərifləyib: 

“Düşünürəm ki, birlikdə işlədiyimiz müddətdə Dembele çox yetkinləşib. O, öldürücüdür.

Həmişə deyirik ki, futbolçu mərkəzə keçəndə daha çox zərbə vurmalıdır. Dembeledə də bu keyfiyyət var. O, matçların gedişatını dəyişə bilir. Mən Dembeleyə inanıram. O, öz oyunundan həzz alır, azarkeşlər də bundan həzz alırlar”.

Qeyd edək ki, Dembele ötən gecə İspaniya kubokunun 1/4 finalında "Real Sosyedad"la matçda komandasının yeganə qolunu vurub və "Barselona"ya qələbə qazandırıb - 1:0. 


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner