Zidan yenidən "Real"ı çalışdıra bilər?

Zidan yenidən "Real"ı çalışdıra bilər?
XƏBƏR 26 Yanvar 2023 / 16:08 3072
-  A +

"Real"ın sabi çalışdırıcısı Zinəddin Zidanın 3-cü dəfə Madrid təmsilçisinə baş məşqçilik edəcəyi istisna olunmur. 

Qol.az xəbər verir ki, bu brədə "The Athletic"in Zidanın dost çevrəsindəki mənbəyə istinadən verdiyi məlumata yayıb. Mütəxəssis təkcə Fransa millisi ilə deyil, həm də "Real", "Yuventus" və "Marsel" ilə işləməyə açıqdır .

Zidana "Real"a qayıtmaq üçün düzgün şərtlər toplusu lazımdır. Bundan əlavə, Madrid klubunun prezidenti Florentino Peres müəyyən güzəştlərə getməli olacaq.

Həmçinin əgər "Marsel" irəliləyiş əldə edərsə və kuboklar uğrunda mübarizə aparmağa hazır olarsa, Zidan bu komandaya da rəhbərlik etməyə hazırdır.

Bundan əlavə, Zinəddin bir neçə dəfə PSJ-dən imtina edib. Onun ötən yay parislilərlə işləməkdən imtina etməsinə Fransa yığmasını çalışdırmaq imkanının olması təsir edib. Amma qeyd edildiyi kimi, Zidan əslində PSJ ilə işləmək istəmir, çünki o, "Marsel"ə hörmət edir və bu klubu sevir.

Qeyd edək ki, Zidan Fransanın Marsel şəhərində də doğulub və karyerası ərzində "Kan", "Bordo", "Yuventus" və "Real"da çıxış edib. 2021-ci ilin mayında "Real"ın baş məşqçisi vəzifəsindən istefa verən Zidan hazırda işsizdir. O, iki dəfə "Real"da işləyib. Çalışdırıcı 2016-2018 və 2019-2021-ci illərdə komandanın baş məşqçisi olub. Onun rəhbərliyi altında İspaniya klubu 3 dəfə Çempionlar Liqasının qalibi olub, həmçinin 2 dəfə La Liqa, 2 dəfə Avropa Superkuboku, 2 dəfə İspaniya Superkuboku və 2 dəfə Klublararası Dünya Çempionatının qalibi olub.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner