"İki il əvvəl desəydilər ki, Azərbaycana gedəcəyəm..."

"İki il əvvəl desəydilər ki, Azərbaycana gedəcəyəm..."
XƏBƏR 26 Yanvar 2023 / 13:19 4773
-  A +

"Sumqayıt"dan ayrılaraq Portuqaliyanın "Belenenseş" klubuna keçən Filipe Şabi Azərbaycan təmsilçisi ilə vidalaşıb.

Qol.az xəbər verir ki, yarımmüdafiəçi bu haqda öz İnstaqram hesabında paylaşıb. Filipe yazıb:

"Bu, əsl macəra idi. İki il əvvəl mənə Azərbaycana gedəcəyimi desəydilər, onların dəli olduğunu söyləyərdim. Amma həqiqət budur ki, həyatda şərtlər həmişə dəyişir. Yaxşı təcrübə qazandım. Mənə çox şey təklif edən fantastik ölkəni, əla şəraiti olan klubu və məni mümkün qədər rahat hiss etmək üçün hər şeyi edən inanılmaz insanları kəşf etdim. Mənə Portuqaliyadan kənarda təcrübə qazanmaq şansı verən, bu cür komandanın bir hissəsi olmaq imkanı yaratdığı üçün klub prezidentinə təşəkkür edirəm. Lakin hər şeydən əvvəl "Sumqayıt"da xoşbəxt anlar üçün təşəkkürümü bildirirəm. Ancaq indi vidalaşmaq və yeni bir macəraya başlamaq vaxtıdır. Təşəkkür edirəm, “Sumqayıt".

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner