Bakıdakı dünya kubokunda rekord sayda ölkədən iştirakçı olacaq

Bakıdakı dünya kubokunda rekord sayda ölkədən iştirakçı olacaq
XƏBƏR 26 Yanvar 2023 / 12:12 1249
-  A +

Martın 9-dan 12-dək Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək.

Qol.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. Qeydiyyat siyahısına əsasən, yarışlarda rekord sayda - 56 ölkədən idmançıların iştirakı gözlənilir. 4 gün davam edəcək yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Ən güclü idmançıların çətin və əzmkar mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışları üçün 7, final mərhələləri üzrə isə 12 manatdır.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner