Ronaldo: "Böyük oyunu səbirsizliklə gözləyirəm"

Ronaldo: "Böyük oyunu səbirsizliklə gözləyirəm"
XƏBƏR 26 Yanvar 2023 / 11:13 4673
-  A +

"Əl-Nəsr"in dünyaca məşhur futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Kubokunun yarımfinalında "Əl-İttihad"la keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, 37 yaşlı hücumçu bu haqda öz sosial şəbəkə hesablarında paylaşıb. O yazıb: “Böyük oyunu səbirsizliklə gözləyirəm! İrəli, komanda!"

Ronaldonun komandası yarımfinalda qələbə qazanacağı təqdirdə finalda “Əl-Hilal" - "Əl-Feyha” cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, portuqaliyalı forvard “Əl-Nəsr”in heyətində debütünü ötən həftəsonu Səudiyyə Ərəbistanı çempionatının “Əl-İttifaq”la görüşündə etmişdi. Kriştiano matçda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. 

Ronaldo 2022-ci ilin sonunda "Əl Nəsr"ə keçib. O, daha əvvəl noyabr ayında “Mançester Yunayted”lə müqaviləsini ləğv etmişdi.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner