"Barselona" bunu bacaran ilk klubdur

"Barselona" bunu bacaran ilk klubdur
XƏBƏR 26 Yanvar 2023 / 10:45 4078
-  A +

"Barselona" İspaniya kuboku tarixində yeni rekord müəyənləşdirib.

Qol.az xəbər verir ki, komanda buna ötən gecə turnirin 1/4 finalında “Real Sosyedad”a qalib gəlməklə nail olub - 1:0.

Qarşılaşmada yeganə qolu 52-ci dəqiqədə Usman Dembele vurub. Bu qol turnirin 121 illik tarixində "Barselona"nın 1500-cü qol olub. Kataloniya təmsilçisi İspaniya kubokunda belə göstəriciyə çatan ilk komandadır.

İspaniya kubokunun hazırkı qalibi ötənilki finalda penaltilər seriyasında “Valensiya”dan güclü olan (1:1, penaltilər seriyası - 5:4) “Betis”dir. İspaniya kubokunda çempionluq sayına görə rekordçu 31 dəfə kuboku qazanan "Barselona"dır.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner