Mbappe ən yaxşı seçildi

Mbappe ən yaxşı seçildi
XƏBƏR 26 Yanvar 2023 / 09:35 1054
-  A +

Fransada 2022-ci ilin noyabr və dekabr ayları üçün  Liqa 1-in ən yaxşı futbolçusu müəyyənləşib. 

Qol.az xəbər verir ki, 24 yaşlı hücumçu Fransa Futbolçular Birliyinin saytında keçirilən səsvermədə qalib olub. Kilian noyabr və dekabr aylarında 3 matçda iştirak edib və 2 qol vurub.

Ümumilikdə isə o, bu mövsüm Liqa 1-də 17 oyunda 13 qol vurub, 2 qolun ötürməsini verib.

Qeyd edək ki, noyabrın 20-dən dekabrın 18-dək Qətərdə DÇ-2022 keçirilməsi səbəbindən yerli çempionatlarda fasilə yaranmış, bu səbəbdən də komandalar az oyun keçirmişdilər. 


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner