"Barselona"nın qadın komandasından futbol tarixinin rekordu

"Barselona"nın qadın komandasından futbol tarixinin rekordu
XƏBƏR 26 Yanvar 2023 / 09:04 3208
-  A +

"Barselona"nın qadınlardan ibarət komandası yerli liqada ardıcıl 50-ci qələbəsini qazanıb.

Qol.az xəbər verir ki, onlar İspaniya Qadınlar Çempionatında "Levante Las Planas"ı 7:0 hesabı ilə məğlub ediblər və ardıcıl 50-ci qələbələrini qazanıblar. "Barselona" futbol tarixində (həm kişi, həm qadın futbolu) bunu bacaran ilk komanda olub.

“Barselona”nın qadınlardan ibarət komandası sonuncu dəfə 2021-ci ilin iyununda “Atletiko”ya 3:4 hesabı ilə uduzub.

50 matçlıq qələbə seriyasında "Barselona" 247 qol vurub, cəmi 19 qol buraxıb. 50 matçdan 32-də komanda qapısını təmiz saxlaya bilib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner