Beyl 9 milyon dollarlıq peşəkar qolf turnirində oynayacaq

Beyl 9 milyon dollarlıq peşəkar qolf turnirində oynayacaq
XƏBƏR 24 Yanvar 2023 / 11:34 1227
-  A +

Bir neçə gün əvvəl futbolla vidalaşan Qaret Beyl 2 həftə sonra qolf karyerasına start verəcək.

Qol.az xəbər verir ki, bu barədə o, öz İnstaqram hesabında yazıb. Uels millisinin 33 yaşlı keçmiş üzvü peşəkar qolf turnirində oynayacağını açıqlayıb:

“Gələn ayın əvvəlində "AT&T Pebble Beach Pro-Am"də oynayacağımı elan etməkdən məmnunam!"

Turnir fevralın 2-dən 5-dək Kaliforniyada keçiriləcək. Burada 156 peşəkar və 156 həvəskar qolfçu iştirak edəcək. İştirakçılar arasında aktyorlar Bill Mürrey və Ceyson Beytman, həmçinin 2022-ci ilin yayında ABŞ Açıq çempionatının qalibi olmuş qolfçu Mett Fitspatrik və əvvəllər dünya üzrə bir nömrəli olan Luk Donald və Cordan Spit də olacaq.

Turnirin mükafat fondu 9 milyon dollardır. Bu, Beylin ilk peşəkar qolf turniri olacaq.

Qeyd edək ki, Q.Beyl yanvarın 9-da futbolçu karyerasını başa vurduğunu açıqlayıb. "Real", "Tottenhem", "Sauthempton", "Los Anceles" kimi komandaların formasınıgeyinmiş Beyl 5 dəfə Çempionlar Liqasının, 4 dəfə Klublararası Dünya Kubokunun, 3 dəfə La Liqanın, 2 dəfə Avropa Superkubokunun, 2 dəfə İspaniya Superkubokunun və 1 dəfə İspaniya kubokunun qalibi olub.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner