Mane PSJ-yə qarşı ilk oyunu buraxacaq?

Mane PSJ-yə qarşı ilk oyunu buraxacaq?
XƏBƏR 24 Yanvar 2023 / 10:36 1838
-  A +

"Bavariya"nın futbolçusu Sadio Mane Çempionlar Liqasının 1/8 finalında PSJ ilə ilk oyunu buraxacaq.

Qol.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. DÇ-2022-dən öncə zədələnən 30 yaşlı hücumçu hələ də tam sağalmayıb. Münhen klubu seneqallının sağalmasını sürətləndirməyə çalışsa da, onun Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda iştirakı mümkün deyil. 

Xatırladaq ki, "Bavariya" və PSJ arasında ilk matç fevralın 14-ü, cavab oyunu isə martın 8-də olacaq.

Qeyd edək ki, Mane bu mövsüm Bundesliqada 14 oyunda 6 qol vurub və 3 qolun ötürməsini verib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Teleqramda da izləyin...


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner