Keyni razı saldılar

Keyni razı saldılar
XƏBƏR 23 Yanvar 2023 / 17:23 3572
-  A +

İngiltərə millisinin futbolçusu Harri Keyn karyerasını "Tottenhem"də davam etdirmək qərarına gəlib.

Qol.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb. 30 yaşlı hücumçu London təmsilçisi ilə müqaviləni uzatmağa hazırdır. O, klubla kubok qazanmağı hədəfləyib.

Komandanın son oyunlardakı nəticələri forvardın klubdakı gələcəyi ilə bağlı narahatlıqları artırıb. Daha əvvəl hətta Keyn "Tottenhem"dən ayrılmaq qərarına gəlib. Lakin daha sonra o, London təmsilçisi futbolçunu yeni sözəşmə üzərində düşünməyə razı salıb. 

Qeyd edək ki, Harri Keyn 2009-cu ildən "Tottenhem"in əsas komandasında çıxış edir. Onun hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner