"Barselona"dan son 5 mövsümün ən yaxşı nəticəsi

"Barselona"dan son 5 mövsümün ən yaxşı nəticəsi
XƏBƏR 23 Yanvar 2023 / 16:58 2744
-  A +

"Barselona" La Liqada son 5 mövsümün ən yaxşı nəticəsini göstərib.

Qol.az "Opta"ya istinadən xəbər verir ki, komanda çempionatda 17 matçdan sonra 44 xal toplayıb. Kataloniya klubu sonuncu dəfə belə nəticəyə 2017/2018 mövsümündə imza atıb. O vaxt komanda 17 oyuna 45 xal qazanıb. Həmin mövsüm "Barselona" La Liqanın qalibi olub.

Hazırda da "Barselona" turnir cədvəlində liderdir. 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner